Paytaxt sakinləri yay tətilini harada keçirəcəklər? - SORĞU

Yay istirahət fəslidir. İl boyu çalışan insanlar səbirsizliklə yayda dincəlməyi gözləyirlər. Adətən insanlar dincəlmək üçün gedəcəyi yeri bir neçə ay öncədən seçirlər. Bu il də istisna deyil. Bəs paytaxt sakinləri bu il harada istirahət edəcəklər? Bakıda, bölgələrdə, yoxsa xaricdə? APA TV bununla bağlı xüsusi sorğu keçirib.

 

- Elə burada.

- Bakıda. Biz getmirik rayonlara.

- Deyəsən, belə getsə, Bakıda keçirəcəyəm.

- Heç yerdə, Bakıda.

- Razində. Hara gedək, pul var?

- Elə burada, şəhərdə. Maraqlı buradır elə.

- Bakıda.

- Baxacağıq vəziyyətimizə. Yəqin ki Bakıda.

- Evdə.

- Bu il yəqin ki evdə. Bu böhranda heç hara getmək olmaz.

- Hələ bir plan yoxdur.

- Evdə.

- İmkan yoxdur axı buralarda, evdə, işdə, elə imkan yoxdur ki, haradasa gedək keçirdək.

 

Yay tətilini rayonlarda keçirmək istəyən insanların sayı da az deyil:

 

- Gəncəyə və Qəbələyə getmək fikrimiz var.

- Qubada.

- Yəqin ki, rayonda keçirərəm. Masallıya gedərik, dağlar orada sərin olur.

- Bəlkə rayonlarımızın, gözəl guşələrimizin birində keçirdik inşallah.

- Rayonda. Neftçalada.

- Kənddə.

- Yəqin Azərbaycanda keçirdərəm. Nabranda, Sabirabadda.

- Göygöl rayonunda. Biz özümüz orada yaşayırıq. Hər yay tətilində ora gedirik.

- Büdcəyə uyğun. Azərbaycanda.

- Rayonlara gedəcəyik.

 

Bakı sakinlərinin heç də hamısı yay tətilini Azərbaycanda keçirmək niyyətində deyil. İstirahət üçün Türkiyəyə, Gürcüstana, hətta inkişaf etmiş Avropa ölkələrinə getməyi planlaşdıranlar da var:

 

- İnşallah, Norveçdə. 

- Ya Türkiyə, ya Gürcüstan.

 

Yayda iş səbəbindən istirahət planlarını təxirə salanlar da yox deyil:

 

- Metroda işləyirəm, elə tətili də metroda keçirəcəyəm.

- İşdə, Elmlər Akademiyasında.

 

Sorğunun nəticələrindən görünür ki, imkanlardan asılı olmayaraq əksəriyyət yayda mütləq istirahət etməyi düşünür və bununla bağlı müəyyən planları var. Bizdən isə soydaşlarımıza "istirahətiniz xoş keçsin!" diləmək qalır. 

 

Müəllif | Apa.Tv
Apa.tv