AÇ-2016: İngiltərə - Uels 2:1
Avropa çempionatının qrup mərhələsi çərçivəsində İngiltərə-Uels oyunu keçirilib. APA TV-nin məlumatına görə, gərgin keçən matçda hesabı uelslilər açıb. Qarat Beyl 42-ci dəqiqədə vurduğu qolla komandasını hesabda irəli keçirib.
Birinci hissə Uelsin xeyrinə bitib. Oyunun ikinci hissəsi də komandaların qarşılıqlı hücumu ilə keçib. 56-cı dəqiqədə İngiltərə yığması tarazlığı bərpa edib. Qolun müəllifi isə, Ceymi Vardi olub.
Oyuna əlavə olunmuş vaxtda isə, Daniel Starric ingilislərin qələbə qolunu vurub. Beləcə matç İngiltərənin 2:1 hesablı qələbəsi ilə başa çatıb.