Öldürüb, meyitini xəstəxanaya apardılar - MÜƏMMALI QƏTL
Zaqatala rayonunda müəmmalı qətl hadisəsi baş verib. Oktyabrın 13-də, axşam saatlarında Zaqatala Mərkəzi Rayon Xəstəxanasına 5-6 nəfər naməlum şəxs üzərində zorakılıq əlamətləri olan naməlim kişi meyitini xəstəxananın qəbul şöbəsinə gətirib, heç bir məlumat vermədən oranı tərk edib. Həkimlərin israrlarına baxmayaraq, mərhum barədə məlumat əldə etmək mümkün olmadığından dərhal rayonun hüquq-mühifizə orqanları məlumatlandırılıb. Mərhum üzərində keçirilən ilkin tibbi ekspertiza zamanı onun kürək nahiyəsində kəsilmiş-çapılmış, boyun nahiyəsində isə daxilə işləyən yaralar aşkarlanıb.
APA TV xəbər verir ki, ilkin araşdırmalar nəticəsində qətlə yetirilən şəxsin Zaqatala rayonunun Axaqdərə kənd sakini 43 yaşl,ı Yusif Şaban oğlu Abdullayev olduğu müəyyənləşib. Araşdırma nəticəsində Yusif Abdullayevin kənd ərazisindəki çayın kənarında, həmkəndlisi, 24 yaşlı İsrafil Ramazan oğlu Qurbanov tərəfindən bıçaqlanaraq öldürüldüyü üzə çıxıb.
Hadisəni törədən İsrafil Qurbanov saxlanılaraq istintaqa təhvil verilib. Qətlin şəxsi münaqişə zəminində baş verdiyi ehtimal olunur. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.