Avro və rubl ucuzlaşdı
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi bahalaşıb. Mərkəzi Bank dolların kursunu 1,5180 manat olaraq müəyyənləşdirib.
Bivalyuta səbətinə daxil olan avro manat qarşısında dəyər itirib. Avronun rəsmi məzənnəsi 1,7074 manat olaraq açıqlanıb.
Rusiya rublunun da məzənnəsi ucuzlaşıb. Hazırda 1000 Rusiya rublu 23 manat 10 qəpikdir.
Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə şənbə, bazar və bazar ertəsi üçün üçgünlük məzənnə açıqlanır.