Neftin ucuzlaşması davam edir
Neftin qiymətində ucuzlaşma davam edir. APA TV-nin məlumatına görə, birjalarda günün ilk hərraclarında "Brent" markalı neftin bir bareli 47.77 dollardan satılıb.
Qərbi Texas neftinin qiyməti də ötən günə nisbətən ucuzlaşıb. Son hərraclarda WTİ nefti 46.57 dollardan satılıb.
Hər iki neft markası 1 dollara qədər ucuzlaşıb. Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini əvvəlki (0,25-0,5%) səviyyədə saxlamasının neftin qiymətində stabilləşmə yaradacağı deyilsə də, keçən həftədən başlayan qiymət enməsi hələ də davam edir. Ötən günlə bu gün arasında qiymət fərqi digər günlərə nisbətən daha çoxdur. Buna baxmayaraq, yaxın günlərdə qiymətlərin yenidən yüksələcəyi bildirilir