ABŞ səfiri Tərtərə səfər edib

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Tərtər rayonuna səfər edib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, səfir Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb.

 

Görüşdə icra başçısı cəbhədə mövcud vəziyyət, aprel döyüşləri zamanı erməni hərbi birləşmələrinin Tərtər rayonunun yaşayış məntəqələrini qadağan olunmuş silahlardan atəşə tutması, baş verən dağıntılar barədə səfirə məlumat verib.

 

Təsərrüfat sahələrində çalışan mülki şəxslərin ermənilər tərəfindən yenə də snayper atəşinə məruz qaldığı diqqətə çatdırılıb.

 

Səfir bu gün Tərtər Regional Peşə Təlimi Mərkəzində olacaq, burada Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşları və məcburi köçkünlərlə görüşəcək.

Müəllif | Apa.Tv
Apa.tv