Bayram günləri bir yağış yağacaq ki... - HAVA PROQNOZU

Bayram günlərində ölkədə qeyri-sabit, rütubətli hava şəraiti, atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar meteohəssas insanlarda diskomfort hissi yaradacaq.

 

ETSN Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosunun qrup rəhbəri Tükəzban Hacıyeva:

 

- Bakı və Abşeron yarımadasında oktyabrın 15-də səhər havanın buludlu olacağı, arabir yağış yağacağı, axşam qeyri-sabit hava şəraitinin davam edəcəyi, yağış yağacağı gözlənilir. Havanın temperaturunun səhər 15-17, gündüz 18-20, axşam 15 dərəcəyə yaxın isti olacağı gözlənilir.

 

APA TV-nin xəbərinə görə, oktyabrın 15-də Azərbaycanın rayonlarında əsasən, şimal və şərq rayonlarında yağış yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 20-25, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir:

 

- Oktyabrın 16-da səhər havanın tutqun olacağı, arabir yağış yağacağı, günün ikinci yarısında yağışın tədricən kəsiləcəyi, axşam dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Səhər mülayim cənub-şərq küləyi, gündüz və axşam cənub küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturunun səhər 16-18, gündüz 16-20, axşam 15-17 dərəcə isti olacağı gözlənilir.

 

Rayonlarda isə arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 22-27, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova