Kudrin: "Neftin qiyməti bir daha artmayacaq"
Rusiyanın sabiq maliyyə naziri, Strateji Araşdırmalar Mərkəzinin şura sədri Aleksey Kudrin neftin qiymətinin artmayacağı ilə bağlı proqnozların ədalətli olduğunu açıqlayıb.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, o deyib ki, "qara qızıl"ın qiyməti ya hazırkı səviyyəsində qalacaq, yaxud daha da aşağı enəcək.
Ekspert eyni zamanda OPEK-ə üzv olan bir çox ölkənin neft qiymətlərinin son 15 ildə ən yüksək həddə çatacağı ilə bağlı daha öncə verdiyi proqnozun da özünü doğrultmadığını dilə gətirib.
Aleksey Kudrin nef qiymətlərinin 60 dollardan yuxarı olması halında rəqabətli alternativ mənbələrin müəyyən edilməsi və inkişafı üçün əsaslı zəmin yarandığını da söyləyib.
Mərkəz rəhbəri milli valyutanın iki dəfə dəyərdən düşməsini utancverici hal adlandıraraq, bu faktın biznes və ixrac üçün stabil şərtlərin yaradılmaması ilə əlaqələndirib.