Bu il dənizə getmisinizmi? - SORĞU
Çimərlik mövsümünə start verilsə də, dənizə istirahətə gedən çox azdır. Səbəb üzərində dərindən baş sındırmağa dəyməz, havanın hərarətinin mövsüm normasından hələ də aşağıdır. Buna rəğmən həftə sonunu dənizdə keçirənlər də az deyil.
- Dənizə getməmişəm. Bu il hələ dəniz havası yoxdur. Dənizi xoşlayıram, sevirəm. Bu il dənizlik hava olmadı.
- Bu il dənizə 2 dəfə getmişəm. Düzdür, indi bir az soyuqdur, amma bir müddətdən sonra daha yaxşı olacaq.
- Heç keçən il də getməmişdim. Bu il də getməmişəm hələ.
- Haradasa 3-4 gün bundan qabaq getmişəm. Amma çimməyə yox, iftar açmağa. Hələlik getmək fikrim yoxdur, havalar istiləşsin, sonra gedərəm.
- Bir həftə 4-5 gün ard-arda getmişik. Hava yaxşı idi deyə. Sonra hava soyuq idi deyə getmədik. Amma dənizdə su bir az çirklidir. Təmizləyirlər, amma təmizliyi yoxdur. Gərək insanlar da təmizliyə riayət etsinlər. O qabiliyyət də əksər insanlarda yoxdur. Kimsə öz yediyini sellofana yığıb aparır tullayır. Başqa birisi yediyini elə orada qoyub durur.
- Bu il hələ getməmişəm. Çünki orucluq ayıdır. Həm də özüm də orucam.
- Hələ ki, getməmişəm. Amma getmək fikrim var. Havalar sərin keçir. Amma ümumiyyətlə dənizə gedirəm, xoşlayıram.
- Xeyr getməmişəm. Hava isti deyil.
Sinoptiklər qeyri-stabil hava şəraitinin bu həftə sonu da davam edəcəyini proqnozlaşdırırlar. Paytaxt sakinləri sərin hava, güclü külək və yağış səbəbilə istirahət günlərini yenə dəniz kənarında keçirə bilməyəcəklər. Amma təəssüflənməyə dəyməz, isti havalar hələ qabaqdadır. Xoş istirahətlər arzusu ilə!