Peskov: "Qərb Bəşər Əsədi devirsə..."
"Bütün hallarda başqa ölkədə hakimiyyətin devrilməsinə çağırışlar Moskva tərəfindən yaxşı qarşılanmır". APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu açıqlamanı Vladimir Putinin mətbuat katibi Dmitri Peskov verib.
O əlavə edib ki, Bəşər Əsədin hakimiyyətdən qanunsuz yolla uzaqlaşdırılması regionda xaos yaradacaq və terrorla mübarizəni zəiflədəcək.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti ölkə prezidenti Barak Obamanın Suriya siyasətini tənqid edib və Bəşər Əsəd qüvvələrinə zərbələr endirilməsinin vacibliyini bildirib.