Qarabağda xidmət edən erməni zabitlər Ermənistanda cinayət törətdilər

Ermənistanda hərbçilərlə hərbi polis əməkdaşı arasında dava olub. APA TV-nin erməni mənbələrinə istinadən xəbərinə görə, hadisə Vardenis şəhərində qeydə alınıb.

Mübahisə zamanı dörd hərbçi hərbi polis əməkdaşını döyüblər. Məlumata görə, hərbçilər Azərbaycanın işğal olunmuş ərazilərində xidmət keçən zabitlər - mayor Ara Zaxaryan, leytenantlar Saakyan və Anaxasyan və baş leytenant Martirosyan soyadlı şəxslərdir.

Hərbi polis nəfəri Andranik Matevosyan onların olduğu avtomobili saxlayıb və bu hərbçilərə xoş getməyib. Yaranan mübahisə davaya çevrilib və Matevosyan vəhşicəsinə döyülüb.

Hadisəni törədən şəxslər saxlanılıblar.

 

Müəllif | Apa.Tv
Apa.tv