İŞİD-ə ağır zərbə: İraq ordusu əl-Fəllucə şəhərini azad etdi

İraq ordusu əl-Fəllucənin mərkəzi hissəsini İŞİD-dən təmizləyib. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, ordu komandanlığı məlumatı təsdiqləyib.

Əməliyyat nəticəsində şəhərin Nəzzal məhəlləsi tam nəzarətə alınıb. İŞİD-in itki verdiyi və döyüş meydanından qaçdığı bildirilir.


Bundan əlavə, strateji küçələrdən sayılan Bağdad prospektində hərəkət bərpa edilib.

Xatırladaq ki, əl-Fəllucə 2014-cü ilin əvvəlindən terrorçular tərəfindən tutulub. Baş nazir Heydər əl-Abadi may ayının 23-də şəhər istiqamətində hücuma başlandığı barədə açıqlama verib. Əməliyyatlar davam edir, İraq ordusuna şiə özünümüdafiə dəstələri və ABŞ qırıcıları havadan dəstək verir.

Əl-Fəllucə paytaxt Bağdadın 65 kilometrliyində yerləşir.

Müəllif | Apa.Tv
Apa.tv