Qərb mətbuatı: "Rusiya-NATO müharibəsi Moskvanın bir addımlığında gedəcək"

"Rusiya ilə NATO arasındakı hərbi toqquşma nüvə müharibəsi ilə nəticələnə bilər".

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu fikirləri "The Week" jurnalının icmalçısı səsləndirib.

 

Ekspert eyni zamanda Qərb Analitik Mərkəzinin gəldiyi nəticəni də xatırladaq, teoretik baxımdan regiondakı 46 batalyonunun hesabına Rusiyanın NATO-ya zərbə endirə və bir neçə sutka ərzində Baltikyanı ölkələri işğal edə biləcəyini bildirib.

 

Analitik Rusiya ilə NATO arasında müharibə başlayacağı təqdirdə Rusiyanın bir sıra cəhətlərə görə alyans qarşısında üstünlüyə malik olacağını da qeyd edib: "Müharibə əsasən Moskvanın bir addımlığında gedəcək. Beləliklə, Rusiya tərəfi ölkənin digər hissəsindəki qoşunlarını burada cəmləşdirəcək ki, bununla da ordunun təchizatı üçün tələb olunan vaxt minumuma enəcək".

 

O, 2014-cü ilədək rus ordusunda müəyyən çatışmazlıqlar olduğunu bildirib. Qeyd edib ki, Rus ordusu onilliklər ərzində Sovet ordusunun səxavətli mirası hesabına yaşayıb, ordunun modernləşdirilməsi üzrə işlərə yalnız 2014-cü ildən etibarən başlanılıb, sanksiyalar səbəbindən yaranan iqtisadi çətinliklərdən dolayı isə bu iş də sonadək reallaşmayıb.

 

Mütəxəssis NATO üçün yarana biləcək əsas təhlükəni Rusiyanın məğlub ola biləcəyində deyil, münaqişənin nüvə müharibəsinə çevrilə biləcəyində görür. O, NATO-nun indiki mərhələdə Rusiya ilə münaqişənin yaranmasına imkan verməməli olduğunu deməklə, fikirlərini tamamlayıb.

 

Qeyd edək ki, daha öncə Pentaqon rəhbərinin Rusiya, Ukrayna və Avrasiya üzrə müavini Maykl Karpenter Rusiyanın 60 saat ərzində NATO qüvvələrini darmadağın etməyə qadir olduğunu bildirmişdi.

 

Müəllif | Apa.Tv
Apa.tv