Gülxanım Məlikməmmədova: "Məmməd Araz o misranı mənə yazmışdı"

Ölümündən sonra sözündə yaşayan insanlar. Şairlər haqqında fikrim, qənaətim belədir. Bu gün həmin insanlardan birinin - Məmməd Arazın 80 illik yubileyidir.

 

O dövrünün şairi idi. Bir az çılğın, bir az emosional, biz az da obyektivliyi ilə seçilirdi. Sağlığında da, ölümündən sonra da.

Dumanların çağrışına yar olma

Tufanların qəzəbinə qor olma

Yoxuşunda ayaq saxla, yorulma

Səndən əzəl, məndən əzəl dünyadı

Dünya gözəl, dünya gözəl dünyadı.

 

Millət vəkili Aqil Abbas:

- Məmməd Araz mənim ruhumun atasıdır. Mən onu heç zaman qayınatam bilməmişəm. Ona oğulluq eləmişəm. O da məni oğlu kimi qəbul eləyib. Mənə gerçəkdən ata olub.

 

Məmməd Araz çox ciddi adam olub (APA TV). Ömründə bir dəfə xanımına onunçün kim olduğunu söyləyib.

 

Həyat yoldaşı Gülxanım Məlikməmmədova:

- Onun bir şeri vardı "Haqqın var, haqqın yox". Bir dəfə ordakı "sel boğan dərələri mərd qadınla keçmişəm" dedi. Sonra əlavə etdi ki, o misranı mənə yazıb. Zarafatla "məncə bəsindir" dedi.

 

Dünya sənin, dünya mənim, dünya heç kimin. Məmməd Araz bunu nə zaman anlayıb, nə zaman demişdi, söyləmək çətindir. Amma bu sətir böyük və çətin həyat yolu keçən birinin qənaəti idi.

 

 

Müəllif | Apa.Tv
Apa.tv