Şabranda iki maşın toqquşdu
Bu gün Gəndob-Yalama yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin şimal bürosunun xəbərinə görə, Şabran rayonu ərazisində 40 BA 844 dövlət nömrə nişanlı “VAZ-21011” markalı avtomobillə 99 ER 882 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil toqquşub.
Hadisə nəticəsində bir nəfər xəsarət alıb. O, Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.