AVRO-2016: İtaliya millisi də növbəti mərhələyə çıxdı
İtaliya millisi futbol üzrə Avropa çempionatının qrup mərhələsi çərçivəsində İsveç yığmasını məğlub edib.
Tuluzada keçirilən qarşılaşma italiyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qol oyunun sonlarında vurulub. 88-ci dəqiqədə Eder Martins fərqlənib.
Bu qələbə İtaliya millisinə Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazandırıb.
Antonio Kontenin yetirmələri qrupdakı son oyunlarının iyunun 22-də İrlandiya millisinə qarşı keçirəcəklər.