Çexiya millisi məğlubiyyətdən qurtuldu, oyunda insident yarandı

Xorvatiya millisi futbol üzrə Avropa çempionatında qrup mərhələsinin ikinci turunda Çexiya yığması ilə heç-heçə oynayıb. Sent-Etyendə keçirilən qarşılaşma 2:2 hesabı ilə bitib.

 

37-ci dəqiqədə hesabı Xorvatiya millisi açıb. Qolu İvan Perişiç vurub. 59-cu dəqiqədə isə İvan Rakitiç Xorvatiya millisinin üstünlüyünü iki topa çatdırıb.

 

Qarşılaşmanın 75-ci dəqiqəsində Milan Şkoda Çexiya millisinin oyundakı ilk qolunu vurub və hesab arasındakı fərqi azaldıb.

 

Oyunun sonuna bir neçə dəqiqə qalmış xorvatiyalı azarkeşlərin tribunasından meydana məşəl atılıb və oyunda fasilə yaranıb.

 

Oyun bərpa edildikdən sonra Xorvatiya millisinin müdafiəçisi cərimə meydançasında topa əli ilə toxunub və hakim penalti təyin edib. Fürsətdən yararlanan Tomaş Nesid Çexiya millisini məğlubiyyətdən qurtaran qola imza atıb.

 

İki turdan sonra Xorvatiya millisinin 4, Çexiya yığmasının isə 1 xalı var.

 

Müəllif | Apa.Tv