Məzahir Pənahovdan texniki anlaşmazlıqla bağlı AÇIQLAMA

“MSK-nın sifarişi ilə hazırlanmış smartfon tipli qurğular üçün proqram modulunun tətbiqi ilə bağlı baş verən anlaşmazlıq aidiyyəti qurumların iştirakı ilə hazırda hüquq-mühafizə orqanları da daxil olmaqla ən yüksək səviyyədə araşdırılır”.

 

Bunu APA-ya Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

 

O bildirib ki, bu hal baş verdikdən dərhal sonra iş icraçısı olan şirkət sınaq məqsədi ilə atdığı addım zamanı yol verdiyi səhvlərə görə üzrxahlığını ifadə edib və MSK bununla bağlı bəyanat verib.

 

Oktyabrın 8-də sosial şəbəkələrdə “Happy Baku” MMC-nin MSK-nın rəsmi saytında yerləşdirilmiş məlumatların smartfon tipli qurğular vasitəsilə əldə edilməsi məqsədilə hazırladığı proqram yayılıb. Proqramda bir dairə üzrə seçkilərlə bağlı nəticələr əksini tapıb.

 

Müəllif | Apa.Tv