Türkiyə millisinin işi möcüzəyə qaldı
Futbol üzrə Avropa çempionatının ən böyük hesablı qələbəsi D qrupunun ikinci tur qarşılaşmasında qeydə alınıb. Türkiyə millisi Avropa birinciliyi başlayandan ən ağır məğlubiyyətə uğrayan komanda olub.
APA TV-nin məlumatına görə, İspaniya yığması Türkiyə millisini 3:0 hesabı ilə məğlub edib.
Qarşılaşmada hesab 34-cü dəqiqədə açılıb. Alvaro Morata topu Türkiyə millisinin qapısından keçirib. Cəmi 3 dəqiqə sonra türkiyəli futbolçular növbəti dəfə topu qapı torundan çıxarmalı olub. Nolito Türkiyə millisinin müdafiə xəttinin səhvini bağışlamayıb - 2:0
İkinci hissənin əvvəlində Alvaro Morata dubla imza atıb və hesab arasındakı fərqi 3-ə çatdırıb. O, Avropa çempionatında dubla imza atan yeganə futbolçudur.
İspaniya millisi bu qələbədən sonra pley-off mərhələsinə vəsiqəni təmin edib. Son turda Çexiya yığması ilə qarşılaşacaq Türkiyə millisinin isə işi möcüzəyə qalıb.