Rusiyalı atletlər Rio Olimpiadasından uzaqlaşdırıldılar
Beynəlxalq Yüngül Atletika Federasiyası rusiyalı atletlərin Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına buraxılmaması barədə qərar çıxarıb. APA TV-nin Rusiya saytlarına istinadən xəbərinə görə, bu barədə federasiyasının toplantısında açıqlama verilib.
Buna səbəb kimi rus idmançıların dopinqdən istifadə etdiyi və dövlətin bu işə gizli dəstək verdiyi göstərilir. İdmançılara verilən cəza bu ilin yanvarın 26-dan tətbiq olunur.