Pentaqon: Rusiya təyyarələri İŞİD-ə qarşı döyüşən müxalifləri vurur

Pentaqon Rusiya hərbi təyyarələrinin Suriyada ABŞ-ın dəstəklədiyi müxalifləri vurduğunu bildirib. Adının açıqlanmasını istəməyən yüksək çinli Pentaqon rəsmisi açıqlamasında qeyd edib ki, ötən gün Suriyanın cənubunda al-Tanfa yaxın bölgədə, Rusiya təyyarələri aralarında ABŞ-ın dəstəklədiyi müxaliflərin olduğu  qruplaşmaları vurub. Həmin qruplaşmalar İŞİD-ə qarşı döyüşürmüş.

 

Pentaqon rəsmisi "Rusiyanın son hərəkətləri onların niyyətləri barəsində ciddi narahatlıq doğurur. Rusiyadan bu hücumu nəyə görə həyata keçirdiklərini açıqlamasını və bunun bir daha yaşanmamasının təminatını istəyəcəyik", deyə bildirib.

Müəllif | Apa.Tv
Apa.tv