Səudiyyəli nazir: "ABŞ Suriya siyasətində daha ciddi davranmalıdır"
Ər-Riyad Vaşinqtonu Suriya siyasətinə daha ciddi yanaşmağa çağırıb. APA TV-nin "Reuters"ə istinadən məlumatına görə, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri ABŞ-da keçirdiyi mətbuat konfransında bildirib.
"Əgər Bəşər Əsəd rahat olduğunu hiss etsə, hakimiyyətini davam etdirəcək və qələbələr qazanacaq. Bu isə onun əbədi iqtidarda qalması deməkdir", - deyə Məhəmməd bin-Salman qeyd edib.
Xatırladaq ki, Dövlət Departamenti də Obamanın Suriya siyasətini tənqid edib və Əsəd qüvvələrinin bombalanmasını vacib saydığını bəyan edib.