Putin: "ABŞ bizə kələk gəlirmiş"
ABŞ Rumıniyada yerləşdirdiyi hava hücumundan müdafiə sistemini qısa müddətdə "Tomahavk" hücum raketləri ilə əvəzləyə bilər. APA TV-nin məlumatına görə, bu fikirləri Rusiya prezidenti Vladimir Putin söyləyib. O bildirib ki, Rusiya ABŞ-ın bunu necə etdiyinə yaxşı bələddir: "Raketlərin yerləşdirilməsindən nə rumınlar, nə polyaklar xəbər tutmayacaq. Mən bilirəm, bu işi necə görürlər".
Putin ABŞ-ın Rusiyaya növbəti dəfə kələk gəlmək istədiyini söyləyib: "Amerikalılar əvvəlcə deyirdi ki, bu sistemlər İranın nüvə təhlükəsindən müdafiə məqsədi daşıyır. Deməli, amerikalılar bizi aldadır, bizə kələk gəlmək istəyirlər deyən zaman haqlı idik".