İrlandiya-Belçika oyununda terror törətmək istəyən 12 nəfər tutuldu

Belçika paytaxtında antiterror əməliyyatı keçirilib. APA TV-nin Rusiya mənbələrinə istinadən xəbərinə görə, 12 nəfər həbs edilib.


Onlar Fransada keçirilən "Avro-2016"da İrlandiya-Belçika görüşü zamanı terror aktı törətməyi planlaşdırıblar.

Xatırladaq ki, həmin görüş bu gün keçiriləcək. Antiterror əməliyyatları genişləndirilib. Aeroport və metrolarda nəzarət gücləndirilib.

 

 

Müəllif | Apa.Tv
Apa.tv