Con Kirbi: "Suriyanın taleyini ABŞ-ın yeni prezidenti həll edəcək"
"Barak Obama prezidentliyinin son gününə qədər Suriya böhranının sülh yolu ilə həlli üçün çalışacaq". APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu açıqlamanı Dövlət Departamentinin rəsmisi Con Kirbi verib.
O əlavə edib ki, nəinki Suriyada, ümumiyyətlə başqa qaynar bölgələrdə münaqişələrin bu yolla həllini tapması üçün Ağ Ev-in səylərinin effektli olub olmayacağı ilə bağlı suallara cavab vermək niyyətində deyil.
"Bütün hallarda ABŞ prezident seçkiləri ərəfəsindədir və ölkənin yeni dövlət başçısı seçiləcək. Bu məsələləri də məhz Ali Baş Komandan həll edəcək", - deyə o bildirib.
Dövlət Departamentinin Obamanı tənqid edərək, Suriyada hakimiyyətə məxsus mövqelərin bombalanmasının vacibliyi ilə bağlı açıqlamasına gəlincə isə Kirbi vurğulayıb ki, hələlik bu barədə qərar verilməyib.
"Vaşinqtonun Suriya məsələsi ilə bağlı siyasəti dəyişməyib, əgər bir dəyişiklik baş verərsə bu, gələcəkdə ola bilər", - deyə Kirbi bildirib.