Sezar Florin Preda: “Ağdaşda seçkilər tam demokratik keçir”

“Günortayadək Ağdaş şəhərində və kəndlərdəki 8 seçki məntəqəsində olmuşam. Seçki məntəqələrində yaradılmış şərait qənaətbəxşdir. Seçicilər səsvermə prosesində həvəslə iştirak edirlər”. APA TV-nin yerli bürosunun xəbərinə görə, bu fikirləri jurnalistlərə müsahibəsində Ağdaşda keçirilən Milli Məclisə təkrar seçkiləri müşahidə edən Avropa Şurası Parlament Assamblesyasının Monitorinq Komitəsinin həmməruzəçisi Sezar Florin Preda bildirib.

 

“Azərbaycanda belə bir məsul missiyanı yerinə yetirdiyinə görə şad olduğunu vurğulayan Sezar Florin Preda heç bir qanun pozuntusu ilə üzləşmədiyini vurğulayıb: "Ümumilikdə Ağdaşda seçki prosesinə ciddi hazırlıq işlərinin görüldüyünü müşahidə edirəm. Seçkilər tam demokratik keçir və baş çəkdiyim məntəqələrdə heç bir qanun pozuntusuna rast gəlməmişəm”.

 

Sezar Florin Preda seçki məntəqələrində səsvermə prosesinin normal getdiyini, seçki barədə geniş təəssüratlarını səsvermə prosesi başa çatandan sonra deyəcəyini qeyd edib. 

Müəllif | Apa.Tv
Apa.tv