"Formula-1" yarışlarında sıralama yarışı bitdi - ROSBERQ BİRİNCİDİR

Bakıda təşkil edilən “Formula-1” üzrə Avropa Qran-prisində sıralama yarışı başa çatıb. APA TV-nin məlumatına görə, bir saat davam edən yürüşdə 11 komandanın 22 pilotu iştirak edib.

 

Pilotlar öz bolidləri ilə 6 kilometrlik Bakı trekində sabahkı sıralamanı müəyyənləşdirməyə çalışıblar. Ən yaxşı göstəriciyə “Mercedes”in pilotu Niko Rosberq imza atıb. Almaniyalı idmançı sabah yarışa ilk pillədə başlayacaq. Onun komanda yoldaşı Luis Hamilton qəza törətdiyindən, yarışa 10-cu yerdə başlayacaq.

 

“Force İndia”nın pilotu Serxio Peres 2-ci, “Red Bull Racing” komandasının üzvü Daniel Rikkiardo isə 3-cü olub.

Müəllif | Apa.Tv
Apa.tv