AÇ-2016: Albaniyadan qələbə!

Avropa çempionatının qrup mərhələsində Albaniya Rumıniya ilə görüşüb.  APA TV-nin məlumatına görə, gərgin keçən oyunda hesab birinci hissənin sonlarına doğru, 43-cü dəqiqədə açılıb. Qolun müəllifi  albaniyalı Armando Sadiku olub.

İkinci hissəyə 1-0 üstünlüklə yollanan albanlar ikinci hissədə də aktiv oyun nümayiş  etdiriblər. Amma, buna baxmayaraq onlar bir neçə real qol şansını əldən veriblər. Oyunda başqa qol olmayıb. Beləliklə, rəqibini qabaqlayan Albaniya 3 xalla qrupda 3-cü yeri tutub.

Məlum olduğu kimi, AVRO-2016-da ən yaxşı nəticə göstərən dörd qrup üçüncüsü 1/8 finala vəsiqə qazana biləcək. Beləliklə,  Albaniyanın  play-off mərhələsinə yüksəlməsi digər qruplardakı mübarizənin nəticələrindən asılı olacaq.

 

Müəllif | Apa.Tv