AÇ-2016: Fransa və İsveçrə 1/8 finalda

Avropa çempionatının qrup mərhələsində sonuncu tura start verilib. APA TV-nin məlumatına görə, gün ərzində iki qarşılaşma baş tutub. A qrupunun taleyini həll edəcək hər iki oyun eyni saatda start götürüb. Artıq 1/8 finalı təmin etmiş Fransa İsveçrə ilə oynayıb. “Saatlar ölkəsi”nin təmsilçiləri meydan sahibləri ilə oyunda qələbə qazanaraq mərhələ adlamaq istəyib. Fransa isə son matçda da qalib gəlməklə qrupu lider kimi tamamlamaq istəyib. Didye Deşamın yetirmələrinə liderlik üçün bərabərlik də bəs edəcəkdi.

Matçın birinci hissəsi komanadaların qarşılıqlı hücumu ilə keçsə də, hesab açılmayıb.

İkinci hissəyə də, olduqca gərgin başlayan hər iki komandanın futbolçuları bir neçə real qol şansını dəyərləndirə bilməyiblər. Beləcə Fransa-İsveçrə oyunu qolsuz bərabərliklə bitib. Bununla da Fransa öz mövqeyini saxlaya bilib.

 

Müəllif | Apa.Tv