Neftin qiyməti 50 dollara yaxınlaşır

Dünya bazarında neftin qiyməti bahalaşmaqda davam edir.

 

APA TV-nin məlumatına görə, birjalarda həftənin ilk seanslarında "Brent" markalı neftin bir bareli 49,59 dollardan satılıb.

 

Qərbi Texas neftinin də qiyməti bahalaşıb. Bugünkü hərraclarda WTİ nefti 49,03 dollardan satılıb.

 

Neftin qiymətlərinin qalxmasına əsas səbəb Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini əvvəlki (0,25-0,5%) səviyyədə saxlamasıdır. "Ucuz dollar, baha neft" prinsipinə əsasən qiymətlərin 50 dollar civarında dəyişəcəyi gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv