Cəlilabad sakininin İKİ MAĞAZASINDAN OĞURLUQ EDİLDİ

Cəlilabad rayonunda oğurluq hadisəsi baş verib. APA TV - nin Cənub bürosunun məlumatına görə, hadisə rayonun Qarazəncir kənd sakini Kamil Qurbanova məxsus ərzaq dükanında qeydə alınıb. Naməlum şəxs və ya şəxslər gecə saatlarında içəri soxularaq dükandan ümümi dəyəri 2500 manat olan müxtəlif çeşiddə malları, o cümlədən xeyli sayda siqaret, telefon danışıq kartları və ərzaq məhsullarını oğurlayıblar. Kamil Qurbanovun sözlərinə görə, 2 həftə öncə də kəndin digər ərazisində yerləşən ərzaq dükanından ümumi dəyəri 1500 manat olan xeyli miqdarda ərzaq məhsulları oğurlanıb. Dükan sahibi hər iki hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Cəlilabad Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edib.

Faktla bağlı Cəlilabad RPŞ-də cinayət işi açılıb , oğurluq faktının üstünün açılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 

Müəllif | Apa.Tv