Xudatda uşaq bağçası yandı

Xaçmaz rayonunun Xudat şəhərində uşaq bağçasında yanğın baş verib.

 

APA TV-nin şimal bürosunun məlumatına görə, yanğın nəticəsində uşaq bağçasının dam örtüyü 360 kv. m sahədə yanıb.

 

Eyni zamanda uşaq bağçası ilə eyni binada yerləşən 3 fərdi evin və bağçanın dam örtüyü, arakəsmələr də tamamilə yanıb.

 

Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Xudat və Xaçmaz hissələrindən 4 yanğınsöndürən briqada cəlb edilib.

 

Hadisə nəticəsində zərərçəkən olmayıb.

Müəllif | Apa.Tv
Apa.tv