Qaxda çətənə becərən Balakən sakinləri həbs edildi

Qaxda narkotik tərkibli bitkilər əkən Balakən rayon sakinləri həbs edilib.

 

Qax Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, polis əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin əkib-becərilməsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirib.

 

Nəticədə rayonun Şıxlar kənd yaxınlığında meşə ərazində əkilib, aqrotexniki qaydada qulluq edilən narkotik tərkibli bitki hesab olunan çətənə kolları aşkar edilib. Əməliyyat nəticəsində çətənə kollarının Balakən rayon sakinləri olan Elşən Nəzir oğlu Göylərov, Şahid Nurhuda oglu Mustafayev və Nəcməddin Osman oğlu Osmanovun tərəfindən əkildiyi müəyyən edilib. Hər üç şəxs saxlanılaraq istintaqa təhvil verilib. Hal şahidlərinin iştirakı ilə ərazidən 33 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə kolları yığılaraq maddi sübut kimi istintaqa təhvil verilib.

 

Faktla bağlı Qax RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv