Saatlı sakininin həyətindən 27 çətənə kolu tapıldı

Saatlı sakini narkotik xassəli bitki yetişdirdiyinə görə saxlanılıb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının “Xaş-Xaş 2016” əməliyyat planına uyğun keçirdiyi tədbir zamanı Mustafabəyli kənd sakini, əvvəllər məhkum olunmuş Elnur Gülağa oğlu Qəhrəmanovun həyətyanı sahəsindən və yaşadığı evdən xüsusi qablarda yetişdirdiyi 27 ədəd çətənə kolu aşkar edib.

 

Aqrotexniki ekspertizanın rəyinə görə, saxlanılan şəxs çətənə kollarını aqrotexniki qaydada qulluq etməklə becərib.

 

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv