Suriyada “erməni soyqırımı" tədbiri partladıldı: ölənlər və yaralananlar var
Suriyanın Qamışlı şəhərinin mərkəzində uydurma “erməni soyqırımı" və "assuriyalıların soyqırımı"na həsr olunmuş mərasim zamanı partlayış törədilib.
APA-nın məlumatına görə, bu barədə “Almasdar News” xəbər yayıb. İŞİD üzvünün törətdiyi partlayış nəticəsində 3 nəfər ölüb, onlarla şəxs yaralanıb.
Hadisənin başqa təfərrüatları bəlli deyil.