Rusiya "Rosneft"i Çin və Hindistana satır
Rusiya prezidenti Vladimir Putin "Rosneft" Neft Şirkətinin 19.5 faizinin Çin və Hindistanın yaratdığı ortaq enerji konsorsiumuna satılacağını açıqlayıb.
APA TV-nin "Bloomberg"ə istinadən xəbərinə görə, Rusiya bu satışdan 700 milyard rubl (11 milyard dollar) gəlir gözləyir.
Rusiya ABŞ-ın "Exxon Mobile" şirkətindən daha çox neft çıxaran "Rosneft"i Asiyanın iki nəhənginə ortaq edərək, Ukrayna və Suriyadakı müharibədə Qərb ölkələrinə qarşı geopolitik vəziyyətini yaxşılaşdırmağı planladığı bildirilir. Bu satışın siyasi baxımından ağıllı bir hərəkət olduğu vurğulanır.
Satışdan sonra "Rosneft"in hissələri London birjalarında 3 faiz bahalaşıb. "Rosneft"in hissələrinin son bir illik yüksəlişi isə yüzdə 47-yə çatıb.
Rusiya bir müddət əvvəl ölkənin ən böyük banklarından olan VTB-nin əlində olan hissələrini satacağını açıqlayıb.