Bakıda ikimərtəbəli YERALTI AVTOMOBİL DAYANACAĞI
Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağı istifadəyə verilib. Prezident İlham Əliyev dayanacaqda yaradılan şəraitlə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlər barədə dövlət başçısına məlumat verərək bildirib ki, yeraltı avtomobil dayanacağı ən müasir avadanlıq və sistemlərlə təchiz olunub. Burada dünyanın ən son texniki nailiyyətlərindən olan havalandırma, yanğın və təhlükəsizlik sistemləri müasir standartlara uyğun şəkildə tətbiq edilib. Təhlükəsizliyin təmin edilməsi məqsədilə hər mərtəbədə təhlükəsizlik kameraları və müşahidə monitorları quraşdırılıb. Dayanacaqda avtomobillər üçün iki giriş və iki çıxış var. Piyadalar üçün 6 keçid inşa olunub. Keçidlərdə bütün iqlim şəraitində işləyən müasir eskalatorlar quraşdırılıb. Dayanacaqda bütün sistemlər avtomatik olaraq fəaliyyət göstərir.
Dövlət başçısı yeraltı avtomobil dayanacağında yaradılan şəraitdən razılığını bildirib.