Peskov: "Prezidentlərin Sank-Peterburq görüşündə məqsəd..."

“Hazırda əsas vəzifə hərbi əməliyyatların bərpasından sığortalanmaqdır. Qarabağ ətrafında zorakılığın bərpasından əvvəl əldə edilmiş nəticələrin itməsinə yol vermək olmaz”.   

 

APA TV-nin Rusiya bürosunun məlumatına görə, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan və Ermənistan prezidentlərinin bu gün Sankt-Peterburq şəhərində keçiriləcək görüşünün əsas məqsədini açıqlayarkən deyib.

 

D.Peskov bildirib ki, danışıqlar mürəkkəb olacaq: “Prezident ayrı-ayrı görüşlər keçirəcək. O, əvvəlcə Ermənistan prezidenti Serj Sarkisyan, sonra Azərbaycan prezidenti İlham Əliyevlə söhbət aparacaq. Daha sonra üç tərəfin iştirakı ilə müzakirələr keçiriləcək və prezidentlər birlikdə yemək yeyəcək”.

Müəllif | Apa.Tv
Apa.tv