Sinan Oğanın MHP sədrliyinə namizəd olması üçün maneə qalmadı
Türkiyə Ali Məhkəməsinin qərarı Sinan Oğanın MHP sədrliyinə namizəd olması yolunda yaşıl işıq yandırıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Ali Məhkəmə Ankara 23-cü Əsliyyə Hüquq Məhkəməsinin haqlı olduğuna dair qərar verib, qərardan verilən etirazı rədd edib.
Beləliklə, Sinan Oğanın MHP sədrliyinə namizəd olması üçün heç bir maneə qalmayıb.
Qeyd edək ki, Ankara 23-cü Əsliyyə Hüquq Məhkəməsi keçmiş Iğdır millət vəkili və MHP sədrliyinə namizəd Sinan Oğanın MHP mərkəzi idarəsi tərəfindən partiyadan ixrac olunması qərarını ləğv etmişdi. Bundan sonra partiya rəhbərliyi Ali Məhkəməyə müraciət edib.
Xatırladaq ki, ötən gün müxaliflərin tələbi ilə keçirilən fövqəladə qurultayda partiya nizamnaməsinə dəyişiklik olunub. İyulun 10-da isə partiyaya yeni sədrin seçilməsi üçün növbəti qurultay toplanacaq.