Rusiyada hərbi poliqondakı yanğın söndürüldü
Rusiyada hərbi poliqonda baş vermiş yanğın tam söndürülüb.
APA TV-nin TASS-a istinadən verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd olunub ki, poliqonda olan şəxsi heyət təxliyə edilməyib.
Xatırladaq ki, hadisə Həştərxan vilayətində yerləşən Aşuluk poliqonunda qeydə alıb.