Tovuz sakininin evinə MƏRMİ DÜŞDÜ
Ermənilərin zenit qurğusundan atdığı mərmi Tovuzun cəbhə bölgəsində yerləşən Yuxarı Öysüzlü kəndində yaşayış evinə düşüb. Erməni silahlı qüvvələri təxminən 3 kilometr uzaqlıqda olan mövqelərindən bu kəndi atəşə tutublar. Nəticədə kənd sakini Rasim Qarayevin evinə mərmi düşüb. Mərmi evin pilləkəninə düşərək partlayıb və qəlpələri mənzilin bir neçə pəncərəsini sındırıb, dam örtüyünü zədələyib. Həmin vaxt evdə kimsə olmadığından xəsarət alan olmayıb. Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə baxış keçiriblər.
Millət vəkili Qənirə Paşayeva “Nyu York Times” qəzetinin əməkdaşları ilə birgə hadisə baş verən Yuxarı Öysüzlü kəndinə gəlib və ermənilərin növbəti təxribatlarının təfərrüatları ilə tanış olub.
Qeyd edək ki, son vaxtlar ermənilər Tovuz rayonu istiqamətində atəşkəs rejimini tez-tez pozur.