Avropa Liqasında Azərbaycan klublarının rəqibləri bəlli oldu
Futbol üzrə Avropa Liqasında Azərbaycan klublarnın rəqibləri məlum olub. APA TV-nin məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə ilk iki təsnifat mərhələsinin püşkü atılıb.
Bu komandalar indidən əmsalına görə iki səbətə bölünüb. Azərbaycanın üç klubundan ikisi - “Neftçi” və “Qəbələ” daha yaxşı reytinqlilərin səpələnmişlərin sırasında, “Kəpəz” isə səpələnməmişlər səbətində yer alıb.
Püşkün nəticəsinə görə, Bakının “Neftçi” komandasının rəqibi Maltanın “Baltsan” klubu ilə qarşılaşacaq. Qəbələnin eyni adlı təmsilçisi qonşu Gürcüstanın “Samtredia” komandası ilə görüşəcək.
Gəncənin “Kəpəz” futbolçularının rəqibi isə Moldovanın “Daçiya” klubu olacaq.