Radioya qulaq asırsınızmı? - SORĞU
Radio XIX əsrdə ixtira ediləndə hamı üçün yenilik idi. Ancaq illər keçdikcə, texnologiyanın inkişafı, televizorun, internetin həyatımıza sürətlə girməsi ilə radioya olan tələbat azaldı. Hazırda insanlarımız radioya əsasən avtomobildə qulaq asır.
Görəsən, paytaxt sakinləri necə, radioya qulaq asırmı? Bunu öyrənmək üçün kiçik bir sorğu keçirdik.
- Asıram. Nə veriliş versələr, ona da qulaq asıram.
- Qulaq asıram. Bütün hər şeyə, mahnıya, muğama.
- Yox, qulaq asmıram.
- Qulaq asıram xalq mahnılarına.
- Hər şeyə qulaq asıram, mahnılara, xəbərlərə, verilişlərə. Məsələn, bir dəfə buradan gedirdim Qubaya, bir gözəl veriliş verdilər. Buradan axıra qədər ona qulaq asdım. Saat yarım. Gözəl veriliş olanda qulaq asırıq.
- Axır vaxtlar hərdən. Həftədə bir dəfə baxıram. Məsələn, "Ay Zaur" proqramı var, sonra şoferlər haqqında oğlan var danışır, ona qulaq asıram.
- Vaxt olanda qulaq asırıq.
- Azərbaycanın bütün radiolarının hamısına qulaq asıram.
- Demək olar ki yox. Heç radiom yoxdur, həm də televiziyadan aldığım məlumatlar kifayət edir.
- Nadir hallarda, həvəs olmur, vaxt olmur demək olar ki.
- Yox, çoxdandır radiomuz yoxdur.
- Əsasən yol hərəkəti qaydaları ilə bağlı Turalın proqramı var, ona baxırıq.
- Xeyr, vaxtım olmur.
- Əlbəttə ki, Milli Məclisə qulaq asıram, xəbərlərə qulaq asıram, ən çox maraqlandığım odur, siyasət.
- Xeyr, qulaq asmıram, çünki qulaq asmağa daha aktual şəbəkələr var. "Youtube", məsələn. Axtardığımı "Youtube"da daha asanlıqla tapa bilirəm, nəinki radioda.
- Xeyr, televizor, telefon, kompüter var. Ona görə radioya qulaq asmıram.
- Xeyr, marağım olmayıb radioya.
- Radioya marağım yoxdur. Həm də insanı görmürsən də, sadəcə, səsi gəlir. Marağı yoxdur. Amma televizorda heç olmasa görürsən ki, nədən bəhs edir.
- Xeyr, internet saytlarından istifadə edirəm, radioya qulaq asmaq həvəsində olmamışam.
Keçirdiyimiz sorğudan görünür ki, sakinlərin bir qismi hələ də radioya qulaq asır. Ancaq həm marağı olmadığı, həm də başqa texnologiyalardan istifadə etdiyi üçün radioya qulaq asmayanlar da az deyil.