Azərbaycan prezidenti: "Erməni silahlı qüvvələri bölgədən çıxarılmalıdır"

Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.

 

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, görüş Sankt-Peterburq şəhərində keçirilib.

 

Azərbaycan prezidenti görüşdə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsində “status-kvo” qəbuledilməzdir. “Erməni silahlı qüvvələri bölgədən çıxarılmalıdır. Ümid var ki, Qarabağ nizamlanmasına konstruktiv dinamika vermək mümkün olacaq”, - deyə o vurğulayıb.

Müəllif | Apa.Tv
Apa.tv