Suriyada toqquşmalarda 108 NƏFƏR ÖLDÜRÜLÜB
Suriyada toqquşmalar davam edir. Ölkə ən ağır günlərindən birini yaşayıb. Davam edən toqquşmalar nəticəsində 108 nəfər öldürülüb. Bəşər Əsəd qüvvələri ilə müxalif ordular arasında baş verən qarşıdurmalarda Dəməşq hökuməti ağır silahlardan istifadə edib. Havadan və qurudan edilən hücum zamanı ölənlərdən 17 nəfəri uşaq, 7 nəfəri qadındır.
Toqquşmalar azmış kimi ötən gün Suriyada 2 partlayış səsi də eşidilib. Belə ki, bu ölkənin Türkiyə ilə sərhəddindən 2 kilometrlik məsafədə yerləşən Darkuş şəhərində törədilən partlayışda 39 nəfər həlak olub. Digər bir partlayış isə silahlı müxalifətin ələ keçirdiyi Berzi şəhərində qeydə alınıb. Polisləri daşıyan avtobusa edilən hücum nəticəsində partlayıcı qurğu işə salınıb. Hadisə zamanı ölən və yaralılar barədə məlumat verilmir.