Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü başladı

Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli görüşü başlayıb.

 

APA TV-nin Rusiya bürosunun məlumatına görə, görüş Peterburqun Konstantinov Sarayında keçirilir.

 

Görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov və  ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edirlər.

 

Bundan əvvəl isə V.Putin Azərbaycan və Ermənistan rəhbərləri ilə ayrılıqda görüşlər keçirib.

Müəllif | Apa.Tv
Apa.tv