Türkiyədə 7-ci mərtəbədən yıxılan azərbaycanlı öldü

Türkiyədə tikintidən yıxılan azərbaycanlı ölüb. APA TV-nin “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Bursa şəhərində baş verib.

 

İnşaatda mərmər ustası işləyən Azərbaycan vətəndaşı 39 yaşlı Niyazi Murtuzəli oğlu Əliyev müvazinətini itirib və 7-ci mərtəbədən yıxılıb.

 

Ağır yaralanan Niyazi Əliyev təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Bütün səylərə baxmayaraq, 39 yaşlı azərbaycanlının həyatını xilas etmək mümkün olmayıb.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv