Avro-2016: İngiltərə millisi pley-offda
İngiltərə və Slovakiya millilərin Avropa çempionatının B qrupunun son turundakı oyunu qolsuz heç-heçə ilə bitib.
APA TV-nin məlumatına görə, Sent-Etyendə keçirilən qarşılaşmanın ilk hissəsi ingilislərin üstünlüyü ilə keçib. Lakin İngiltərə millisinin futbolçuları qol vəziyyətlərindən yararlana bilməyiblər.
İkinci hissədə də İngiltərə millisinin qol axtarışları davam edib, slovaklar isə bəzi məqamlarda fəallıq nümayiş etdiriblər. Bütün səylərə baxmayaraq, komandalardan heç biri fərqlənə bilməyib.
Beləliklə, İngiltərə 5 xal toplayıb və qrup ikincisi kimi 1/8 final mərhələsinə vəsiqə qazanıb. 4 xalla üçüncü pillədə olan Slovakiyanın isə növbəti mərhələyə vəsiqə üçün əla şansı var.