Yolu qadağan olunmuş yerdən keçən piyada qəzaya səbəb oldu

Ötən gecə Bakının Xətai rayonunda yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb.

 

Prospektin Zığ şosesi istiqamətində olan hissəsi ilə hərəkətdə olan “Toyota” markalı avtomobilin sürücüsü yolu qadağan olunmuş yerdən keçən piyadaya yol vermək istəyib. Arxadan yüksək sürətlə gələn BMW markalı avtomobil isə qəfildən dayanan “Toyota”ya çırpılıb. Zərbədən sonra BMW yolun ortasında fırlanıb və bordürə dəyib.

 

Hadisə nəticəsində nə yolu qadağan olunmuş yerdən keçən piyada, nə də qəzaya uğrayan avtomobildəkilər xəsarət alıb. Lakin hər iki avtomobilə ciddi ziyan dəyib.

 

Faktla bağlı Xətai Rayon Yol Polisi Şöbəsində araşdırma aparılır

Müəllif | Apa.Tv
Apa.tv