Rusiya bazarlarında 1200-DƏN ÇOX MİQRANT həbs olunub

Rusiya polisi miqrantların çalışdığı bazalarda reydləri davam etdirir. Dünən ümumlikdə 1200 miqrant həbs olunub, onlardan 3 milyon rubl nağd pul, bıçaqlar, dəyənəklər və 3 odlu silah müsadirə edilib.

Rusiya Müsəlmanları Müftiliyinin sədr müavini Ruşan Abbasov Moskvada yaşayan bütün gəncləri toqquşmalardan uzaq olmağa çağırıb. Abbasov əlavə edib ki, baş verənlər Qurban Bayramının qeyd olunmasına təsir etməyəcək. Müftilik bu gündən 3 günlük bayram tədbirlərinə başlayacaq.

Rusiya parlamentinin üzvü Mixail Starşinov bildirib ki, bayram günlərində bənzər hadisələrin təkrarlanmaması üçün təhlükəsizlik tədbirləri artırılacaq. Onun sözlərinə görə, müsəlmanların əksəriyyəti savadlı, ağıllı-başlı adamlardır, pis adamlara isə dinindən asılı olmayaraq, bütün qrupların içində rast gəlmək olar.

Müəllif | Apa.Tv
Apa.tv